Möctəbə Xamenei: Xarici qüvvələrin yeri Fars körfəzində yalnız dəniz dibidir
Xarici qüvvələrin Fars körfəzində yeri yalnız dəniz dibindədir. Bu barədə İranın dini lideri Möctəbə Xamenei bildirib, məlumatı yerli media yayıb.
“Biz və qonşularımız Fars və Oman körfəzində ortaq taleyi bölüşürük və burada xarici aktorların, minlərlə kilometr uzaqlıqdan qəsdli niyyətlə gələnlərin yeri yoxdur, yalnız suyun dərinliyindədir”, – deyə Xamenei çıxışında vurğulayıb.
O əlavə edib ki, İran “regional və qlobal qaydaların” yeni mərhələsinə daxil olur və öz nüvə və raket potensialını qoruyacaq.