Möhtərəm Şio - İkinci İlia həyatı boyu milləti doğru yola yönəltmək, birləşdirmək üçün mübarizə apardığı kimi, dünyasını dəyişdikdən sonra da bunu davam etdirir, bu, əsas möcüzə və təsəllidir
Müqəddəs, saleh insan dünyasını dəyişdikdə, matəmlə yanaşı, mütləq şəkildə Tanrının mərhəməti və təsəlli də, ilahi sevinc də və gücün təzahürü bunu müşaiyət edir. Bu təzahür nə olacaq? İlk gündəcə bu möcüzəni gördük, bütün Gürcüstan ayağa qalxdı və ehtiramını, həmrəyliyini ifadə etmək və matəm üçün həzrətlərinin məzarına üz tutdu. Bu, xalqımızda, millətimizdə ruhun və Tanrı sevgisinin böyük qələbəsidir – bu haqda patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio (Muciri) Sioni məbədində moizəsi zamanı deyib.
Onun sözlərinə əsasən, İkinci İlia həzrətləri səmavi himayədar olacaq.
“Əziz möhtərəmlər, atalar, analar, qardaşlar və bacılar, biz həzrətlərinin məzarının yanında dayanırıq. Nitq söyləməyi planlaşdırmamışdıq, lakin yenə də bir neçə kəlmə söz demək lazımdır. Həzrətləri qəlbimizdə o qədər böyük sevgi qoydu, bir insan üçün imkansız, ağlasığmaz olan o qədər əhatəli fəaliyyəti oldu. Bu işlər bir çox patriarxa həyatda olarkən şöhrət qazanmağa və üzüağ olmağa kifayət edərdi. Həzrətləri bu qədər şey etdi, bizə bu qədər miras qoydu. Onun dünyasını dəyişməsindən sonra böyük ağrı və kədər də yaşadıq. İlk dəqiqələri xatırlamaq istəyirəm. Hər kəsin düşüncəsi idi və indi də belədir ki, belə bir atanın gedişindən sonra biz kilsə həyatımızı necə davam etdirə bilərik? O qədər böyük, hərtərəfli şəxsiyyət idi ki, ilk düşüncə bu oldu — biz bunu hamımız birlikdə necə bacaracağıq? Müqəddəs, saleh insan dünyasını dəyişdikdə, matəmlə yanaşı, mütləq şəkildə Tanrının mərhəməti və təsəlli də, ilahi sevinc də və gücün təzahürü bunu müşaiyət edir. Bu təzahür nə olacaq? İlk gündəcə bu möcüzəni gördük, bütün Gürcüstan ayağa qalxdı və ehtiramını, həmrəyliyini ifadə etmək və matəm üçün həzrətlərinin məzarına üz tutdu. Bu, xalqımızda, millətimizdə ruhun və Tanrı sevgisinin böyük qələbəsidir. Düşünə və deyə bilərik ki, bu bizim əsas təsəllimizdir. Gördük ki, həzrətləri həyatı boyu millətimizi doğru yola yönəltmək, birləşdirmək və xilas etmək üçün necə çalışırdısa, dünyasını dəyişdikdən sonra da bunu davam etdirir. O, milləti doğru yola yönəltmək, təbliği və bizim birliyimizi davam etdirir. İndi bizdə bir-birimizə və Tanrıya olan sevgi daha da güclü hiss olunur. Bu, əsas möcüzə və təsəllidir. Yəqin ki, bizə qoyduğu ən böyük miras canlı sevgi, canlı kilsə və Tanrı və bir-birimizə böyük sevgidir. Bu bizə ümid verir ki, həzrətləri səmavi himayədar olacaq, biz səmavi Gürcüstandan səmavi mələk qazandıq. O bizə kömək edəcək ki, millətimiz birləşsin, xilas olsun və güclənsin, kilsəmiz də güclənsin və onun xeyir-duası ilə biz layiqincə xidmət etməyə davam edək” – Möhtərəm Şio bildirib.