Mohamed Ğalibafi – İranın şərtləri yerinə yetirilməyənə qədər Hörmüz boğazı bağlı qalacaq
İran Parlamentinin spikeri Mohamed Bağer Ğalibafi bildirib ki, İranın şərtləri yerinə yetirilməyənə qədər Hörmüz boğazı bağlı qalacaq.
“Döyüş meydanında mühüm qələbə qazandıqda və düşmən zəiflədikdə, düşmənin məğlubiyyəti və öz gücümüzün artırılması ilə çəkindirmə mərhələsinə çatana qədər bu nəticələri möhkəmləndirmək üçün diplomatiyadan istifadə etməliyik” — İran Parlamentinin spikeri qeyd edir.
Ğalibafi İranın mövqeyindən də danışıb və onun “tamamilə aydın və məntiqli” olduğunu bildirib. O, İranın mesajlarının və şərtlərinin vasitəçilər vasitəsilə qarşı tərəfə çatdırıldığını deyib.
“Bu şərtlər yerinə yetirilməyənə, İran xalqının ayrılmaz hüquqları tanınmayana və amerikalılar öhdəliklərini icra etməyənə qədər danışıqların əvvəlki formatına qayıtmaq və Hörmüz boğazını açmaq qeyri-mümkün olacaq” — Mohamed Bağer Ğalibafi izah edib.