Moqadişuda islamçı “Əl-Şəbab” qruplaşmasının üzvləri “Hyatt” mehmanxanasına hücum edərək azı 10 nəfəri öldürüb, 9 nəfəri yaralayıblar
“Əl-Şəbab” radikal islamçı qruplaşmasının üzvləri Somalinin paytaxtı Moqadişoda “Hyatt” mehmanxanasına hücum etdilər. Ən azı 10 nəfər ölüb, 9 nəfər yaralanıb.
Yayılan məlumata görə, islamçılar əvvəlcə bir avtomobili otelin yaxınlığında, digərini isə darvazada partlatdılar, bundan sonra silahlılar atəş açaraq mehmanaxananın binasına soxuldularr.
Hadisə yerinə səfərbər olunmuş xüsusi təyinatlılar vətəndaşları binadan çıxarmağa başladılar.
Bir neçə saat davam edən qarşıdurmadan sonra döyüşçülər otelin üst mərtəbəsindəki otaqlardan birində yerləşiblər.