“Moby” iyulun 30-da Gürcüstanda konsert verəcək

18:33, 28.07.2026

 

Amerikalı musiqiçi “Moby” iyulun 30-da Gürcüstanda konsert verəcək. Təşkilatçısı “Flitz Collective” olan tədbir Rustavi Beynəlxalq Avtodromunda keçiriləcək.

Əsl adı Riçard Melvill Hol olan “Moby” səhnədə 1980-ci illərdən görünür. Dünya şöhrətini isə ona elektron musiqi tarixində ən uğurlu əsərlərdən biri hesab olunan 1999-cu ildə yazdırdığı “Play” albomu gətirib.

Alboma “Porcelain”, “Natural Blues”, “Why Does My Heart Feel So Bad?” və “Bodyrock” kimi kompozisiyalar daxildir.

Karyerası ərzində “Moby” 23 studiya albomu buraxıb, onun albom satışlarının sayı isə 20 milyonu keçir. Musiqiçi altı dəfə “Grammy” mükafatına namizəd göstərilib, “BRIT Awards” və “MTV Europe Music Awards”ın bir çox mükafatlarını qazanıb. Onun musiqiləri onlarca film və teleserialda səslənir.

Konsert təşkilatçılarının məlumatına əsasən, iyulun 30-da Rustavi Beynəlxalq Avtodromunda planlaşdırılan konsertə giriş saat 18:00-dan başlayacaq. Konsertdə “SEVDA” və “Circus Mircus” iştirak edəcək, bundan sonra isə səhnəyə “Moby” çıxacaq.

Oxşar