Mobil aplikasiya ilə hər bir vətəndaş yol qaydalarının pozulmasını çəkib, DİN-ə göndərə bilər
Bundan sonra, hər bir vətəndaş mobil aplikasiya ilə yol qaydalarının pozulmasını qeyd edib, Daxili İşlər Nazirliyinə göndərə bilər.
Bu təşəbbüs Daxili İşlər Nazirliyinə aiddir, ancaq qüvvəyə minməsinin müddəti hələlik məlum deyil, çünki onun qüvvəyə minməsi üçün qanunvericilikdə müəyyən dəyişikliklər gərəkəcək.
Bugün parlamentdə yol təhlükəsizliyi mövzusu ilə bağlı keçirilən görüşdə bildirildi ki, bundan sonra vətəndaşlar yol qaydalarının pozulmasını əks etdirən video-materialları avtomatik rejimdə DİN-ə göndərə bilərlər. Ondan sonra isə, Daxili İşlər Nazirliyi onlara müvafiq reaksiya verəcək.
Bununla yanaşı, pozuntuları əks etdirən videoları çəkən vətəndaşların şahad statusu ilə məhkəməyə gəlmək məcburiyyəti olmayacaq.