Milli Ekologiya Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun (S-3) Mleta-Qudauri və Qudauri (Posta)-Kobi hissələrində uçqun təhlükəsi yüksəkdir, bu səbəblə sözügedən hissələrdə bütün növ avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.
“Milli Ekologiya Agentliyinin məlumatına görə, Stepantsminda-Larsi hissəsində avtomobillərin hərəkəti dayanmadan həyata keçiriləcək”. – Məlumatda deyilir.