Mitinq iştirakçısı Sandro Bagateliya təşkilatçılara müraciət etdi – Heç birimiz eşşək deyilik ki, sağa-sola gəzdirmək olsun, hamını maraqlandırır ki, nə edirik, cavab verin, niyə buraya çıxmışıq
“Cavab verin, niyə buraya çıxmışıq” – bunu mitinqin iştirakçılarından biri Sandro Bagateliya çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hamını maraqlandırır, bu gün hansı planın mövcud olduğu və mitinq iştirakçılarının nəyə görə toplaşdığı.
“Belə olmaz. Burada insanları küçəyə çıxardılar ki, ölkəmizdə nəsə daha yaxşı bir şey yaransın. Burada dayananların heç biri eşşək deyil ki, sağa-sola gəzdirmək mümkün olsun. Mən aşağıda oxuyurdum, aşağıdakı insanlara qulaq asırdım – hamını maraqlandırır, bu gün biz nə edirik, niyə çıxmışıq. Mən elə adam deyiləm ki, adımı gizlədim – mən Sandro Bagateliyam, baytar həkimiyəm. Odur ki, mənim demək istədiyim, bizim demək istədiyimiz budur – cavab verin, niyə buraya çıxmışıq”, – deyə Sandro Bagateliya vurğulayıb.
Sandro Bagateliyanın sözləri mikrofona yaxın dayanan bəzi iştirakçılar tərəfindən etirazla qarşılandı və onlar mikrafonu ondan almağa cəhd etdilər.