Mitarbi kanatının qəzalı şəkildə sönməsi səbəblərini İqtisadiyyat Nazirliyinin daxili audit xidməti öyrənəcək
Mitarbi kanatının qəzalı şəkildə sönməsi səbəblərini İqtisadiyyat Nazirliyinin daxili audit xidməti öyrənəcək

Bu gün Mitarbi kanatının qəzalı şəkildə söndü və istirahətçilərin evakuasiyası lazım gəldi, – bu barədə “Dağ Kurortları İnkişafı Şirkətinin” bəyanatında deyilir.

“Gürcüstan Dağ Kurortları İnkişafı Şirkəti” qəza nəticəsində yaranan narahatçılığa görə. bütün istirahətçilərdən üzr istəyir.

Qəzanın səbəblərini araşdırmaq üçün, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin birbaşa göstərişi ilə Nazirliyin Daxili Audit Xidməti “Dağ Kurortları İnkişafı Şirkətində” yoxlama aparacaq.

Daxili Audit Xidmətinə qəzanın səbəblərini tez bir zamanda araşdırmaq tapşırıldı. Yoxlamanın nəticələri barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.

“Gürcüstan Dağ Kurortları İnkişafı Şirkətinə” Gürcüstanın dörd əsas xizək kurortunda, o cümlədən Bakurianidə kanatlar idarəyə verilib”, – “Dağ Kurortları İnkişafı Şirkətinin” bəyanatında deyilir.

Bakurianidə, Mitarbi kanat yolu bu gün söndü.