Missisipi ştatının Tupelo şəhərində təyyarə pilotu “Walmart”-a çırpılmaqla hədələnir
Missisipi ştatının Tupelo şəhərində təyyarə pilotu “Walmart”-a çırpılmaqla hədələnir. Bu barədə Amerika mediası şəhər polisinə istinadən məlumat yayır.
Mövcud məlumatla, pilot arıq bir neçə saatdır ki, şəhərin üzərində kiçik təyyarə ilə uçur. Hazırda pilotla danışıqlar aparılır. Onun hansı tələbləri olduğu bilinmir.
Buna paralel olaraq, hüquqmühafizəçilər mağazadan insanların təxliyəsini həyata keçirirlər.