Misirdə, kilsədə baş verən yanğın 41 nəfərin ölümü ilə nəticələndi
Misirdə, kilsədə baş verən yanğın 41 nəfərin ölümü ilə nəticələndi. Məlumatı “BBC” yayır. Ölənlər arasında uşaqlar da var.
Məlumata görə, yanğın Kopt kilsəsində 5 min insanın olduğu vaxt baş verdi.
Yanğından sonra kilsədə qarışıqlıq və iğtişaş əmələ gəldi.
Hazırda yanğın söndürülüb. Bu vaxt üçün yanğının dəqiq səbəbi məlum deyil. Lakin”France Presse” yazır ki, buna qısaqapanma səbəb oldu.