Misirdə qəza nəticəsində 22 nəfər ölüb, 29 nəfər isə yaralanıb

19:34, 02.09.2026

Misirin Cənubi Sinay bölgəsində baş verən qəza nəticəsində 22 nəfər ölüb, 29 nəfər isə yaralanıb. Bu barədə “Sky News” rəsmi qurumlara istinadən məlumat yayıb.
Medianın məlumatına görə, Qahirədən Amman istiqamətində hərəkət edən avtobus aşıb. Qəza nəticəsində 10 İordaniya vətəndaşı həyatını itirib. Yaralananların dəqiq sayı məlum deyil.
Misir səhiyyə xidmətinin rəhbərinin sözlərinə görə, yaralılar ilkin olaraq yerli tibb mərkəzinə çatdırılıblar.
Qeyd edək ki, Sinay yarımadası Qırmızı dənizin sahilində yerləşir və turistlər arasında böyük populyarlığa malikdir.

Oxşar