Misir Prezidenti Abdel-Fatah al-Sisi - Trampın Qəzza ilə bağlı planı davamlı sülhə aparan düzgün yoldur
Trampın Qəzza ilə bağlı planı davamlı sülhə aparan düzgün yoldur – bu barədə Misir Prezidenti Abdel-Fatah al-Sisi bildirir. Bu dəqiqələrdə Misirdə “HƏMAS” və İsrailin danışıqlar aparan nümayəndə heyətləri arasında görüş keçirilir.
Misir Prezidenti görüş başlamazdan əvvəl ABŞ Prezidenti Donald Trampın planını tərifləyib.
“ABŞ Prezidenti Donald Trampa yalnız təşəkkürümü bildirə bilərəm. Atəşkəs, məhbus və saxlanılan şəxslərin geri qaytarılması, Qəzzanın yenidən qurulması və Fələstin dövlətinin yaradılması və tanınmasına gedib çıxacaq dinc siyasi prosesin başlanması o deməkdir ki, biz davamlı sülh və sabitliyə doğru düzgün yoldayıq” – Sisi bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 29-da İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə Qəzza sülh planını təqdim edib.