Mirzə Subeliani Daxili İşlər Nazirliyindədir

15:13, 07.06.2018

Tbilisidə, Xorava küçəsində cinayət işinin şahidlərindən birinin atası, prokurorluğun keçmiş əməkdaşı Mirzə Subeliani Daxili İşlər Nazirliyinə getdi.

Subeliani, girmədən əvvəl rəy bildirmədi və sadəcə bəyan etdi ki, o idarəyə gəlmək üçün tapşırılıb.

Subeliani,  Daxili İşlər Nazirliyinə vəkilsiz girdi.

Xorava küçəsində qətlə yetirilmiş Davit Saralidzenin atası Zaza Saralidze Mirzə Subelianini cinayətkarları ört-basdır etməkdə günahlandırır.

Mirzə Subeliani Daxili İşlər Nazirliyinin sorğu-sualına iyunun biri də getmişdi.

Oxşar