Xorava küçəsində baş verən qətl işi üzrə yaxalanan Mirza Subelianiyə qarşı həbs qətimkan tədbiri seçildi. Bu barədə Birinci Kanalın jurnalisti məhkəmədən xəbər verdi.
Hakim ittihamçı tərəfinin həbs barəsində tələbini təmin etdi.
Vəkillər isə, Mirza Subelianiyə qarşı 5000 larilik girovun istifadə olunmasını tələb edirdi.
Bu barədə də Birinci Kanalın jurnalisti məhkəmədən xəbər verdi. Bununla yanaşı, iş üzrə məhkəmə öncəsi iclas iyulun 30-a, saat 12:00-a təyin edildi.
Mirza Subelianiyə ittiham GCM-nin 376-cı maddəsi ilə irəli sürüldü.
Xorava küçəsində baş verən qətl işi üzrə müttəhimlərə 10 il 6 ay və 9 il 9 ay həbs cəzası verildi.
Məhkəmə hökmü mayın 31-da iclasda müəyyənləşdirdi.
Tbilisidə, Xorava küçəsində iki yeniyetmıni 2017-ci ilin dekabrın 1-də yaraladılar. Onlardan biri xəstəxanaya çatdırılana qədər həlak oldu. İkincisi isə, bir neçə əməliyyata baxmayaraq, dekabrın 2-də xəstəxanada həlak oldu.