Tbilisidə, Xorava küçəsində baş verən qətl işi üzrə şahidlərdən birinin atası, prokurorluğun keçmiş əməkdaşı Mirza Subeliani səkkiz saatdan artıqdır DİN-də sorğudadır.
Subeliani idarəyə saat 14:00 radələrində getdi. Bundan sonra binanı tərk etməyib. Prokurorluğun keçmiş əməkdaşı binaya daxil olarkən şərh verməyib. Mirza Subeliani idarəyə vəkilsiz girdi.
Zaza Saralidze Mirza Subelianini cinayətkarların üstünü ört-basdır etməkdə günahlandırır.
Xorava küçəsində baş verən qətl işi üzrə müttəhimlərə 10 il 6 ay və 9 il 9 ay həbs cəzası verildi.
Məhkəmə hökmü mayın 31-da iclasda müəyyənləşdirdi.
Tbilisidə, Xorava küçəsində iki yeniyetmıni 2017-ci ilin dekabrın 1-də yaraladılar. Onlardan biri xəstəxanaya çatdırılana qədər həlak oldu. İkincisi isə, bir neçə əməliyyata baxmayaraq, dekabrın 2-də xəstəxanada həlak oldu.