Minskdə Belarus yığmasının futbolçusunu yaxaladılar
Minskdə Belarus yığmasının futbolçusunu yaxaladılar

Belarus yığmasının və “Bate” klubunun hücumçusu, Anton Sarokanı etiraz aksiyasında iştirak etdiyinə görə yaxaladılar.

Futbolçu 11 avqustda yoxa çıxdı və ailə üzvləri onunla əlaqə saxlaya bilmirdilər. Bu gün, 13 avqustda müəyyən olundu ki, Anton Saroka yaxalanıb və onu bir həftəlik həbs cəzası hədələyir, – Trubuna.com nəşri yazır.

Xatırladaq ki, 8 oktyabrda, Gürcüstan milli yığması Millətlər Liqasında önəmli matçı, məhz elə Belarus yığmasına qarşı keçirməlidir.