Belarusun paytaxtı Minsk üzərində naməlum pilotsuz uçuş aparatı (PUA) vurulub. Bu barədə yerli KİV məlumat yayıb.
Belarus mediası ölkənin Müdafiə Nazirliyinə istinadən bildirir ki, hava hücumundan müdafiə qüvvələri naməlum uçuş aparatının hərəkətini dayandırıblar.
Məlumata görə, PUA-nın Minskdə yerə düşməsi nəticəsində xəsarət alan olmayıb.
Belarusun hava qüvvələri pilotsuz aparatı gecə saat 02:00 radələrində aşkarlayıb. Elektron mübarizə vasitələrinin təsiri nəticəsində, saat 02:33-də uçuş aparatı Minskdə, Matuseviç küçəsi 72 nömrəli evin yaxınlığında yerə düşüb.
Belarus Müdafiə Nazirliyi bəyan edib ki, bu insident nəzərə alınaraq, hava məkanının istifadəsinə nəzarətin gücləndirilməsi məqsədilə dərhal əlavə tədbirlər görüləcək.
Mediada yayılan məlumatlara görə, hadisə ilə bağlı istintaq davam edir və Belarus prezidenti Aleksandr Lukaşenko vəziyyəti şəxsən nəzarətdə saxlayır.