Mindeli adına körpüdə planlaşdırılan işlərə görə, fevralın 18-dən fevralın 23-ü də daxil olmaqla, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

18:19, 17.02.2026

 

Tbilisi Meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidməti Qiorqi Mindeli adına körpüdə zədələnmiş məhəccərləri və fraqmentləri bərpa etməyə başlayır.

Tbilisi Meriyası tərəfindən yayılmış məlumatda qeyd olunduğu kimi, fevralın 18-dən fevralın 23-ü də daxil olmaqla, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Planlaşdırılan işlərə görə, fevralın 18-dən fevralın 23-ü də daxil olmaqla, saat 00:00-dan 06:00-dək olan dövrdə nəqliyyatın hərəkəti qismən, bir hərəkət zolağında məhdudlaşdırılacaq” – Tbilisi Meriyasının məlumatında qeyd olunub.

Oxşar