MİM şəxslərinin olduğu qocalar sığınacaqları və icma pansionatları testləşdirməyə qoşulacaqlar
Genişləndirilmiş testləşdirməyə əlavə qruplar qoşulacaqlar.
Gürcüstan Səhiyyə naziri, Ekaterine Tikaradzenin bəyan etdiyinə görə, söhbət MİM şəxslərinin olduğu qocalar sığınacaqları və icma pansionatlarından gedir.
“Bütün klinikaların direktorları ilə görüşümüz var idi. Detalları müzakirə etdik, müalicə dövrü hansı problemlərlə qarşılaşırlar, hansı nəticələri var. Bu dəqiqələrdə də genişləndirilmiş testləşdirməyə qatılacaq qrupları müzakirə edirik. Hazırkı mərhələdə qərar qəbul etdik ki, MİM şəxslərinin olduğu qocalar sığınacaqları və icma pansionatları testləşdirməyə qoşulacaqlar”, – Ekaterine Tikaradze bəyan etdi.
Nazirin dediyinə görə, testləşdirməyə sabahdan başlamağa hazırdılar, lakin müəyyən prosedurlardan irəli gələrək, dəqiq tarix az sonra məlum olacaq.