“Milton” qasırğası 100-dən çox evin dağıldığı, elektrik enerjisinin kəsildiyi Florida ştatına çatıb, Sent Lusiedə isə fəlakət tələfatla nəticələnib

11:00, 10.10.2024

 
“Milton” qasırğası Floridaya çatıb. İki milyondan çox bina elektrik enerjisi olmadan qalıb. Həmçinin, Sent Lusiedə fəlakət tələfatla nəticələnib, lakin həlak olanların sayı bilinmir.

Floridanın qubernatoru Ron DeSantis, təxminən 125 evin dağıldığını bildirib.

“Milton” qasırğası 1-ci kateqoriyaya qədər enib, lakin hələ də dağıdıcı qasırğa hesab olunur.

Məlum olduğu kimi, sinoptiklər “Milton”a maksimum, beşinci kateqoriyanı veriblər. Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Floridanın əhalisinə bir daha müraciət edib. Bayden, insanların ehtiyatlı olması gərəkdiyini bildirib.

Oxşar