Miloş Vuçeviç Serbiyanın baş naziri vəzifəsindən gedir

15:49, 28.01.2025

 
Serbiyanın Baş naziri Miloş Vuçeviç vəzifəsindən getdiyini rəsmən təsdiqləyib. Etiraz aksiyaları ilə bağlı məsələyi şərh edən Vuçeviç bütün tərəfləri təmkinli olmağa və dialoqa çağırıb. Bundan başqa, Vuçeviç “Novi Sad”ın meri Milan Curiçin də istefaya getdiyini bildirib.

Miloş Vuçeviç bildirib ki, siyasətçilər məsuliyyət göstərməli və cəmiyyətdəki gərginliyin azaldılmasına kömək etməyə hazır olduqlarını göstərməlidirlər. Eyni zamanda, Vuçeviç qeyd edib ki, “cəmiyyətin ciddi şəkildə bölünməsi xaricdən planlaşdırılıb”.

“Bütün Serbiyada anlaşılmazlıqlar, bitməyən mübahisə və münaqişə. Nə qədər ehtirasları sakitləşdirməyə çağırsaq da, həmişə bir şər gəlir. Ssenaridə nəsə baş verdi, sanki hansısa gözəgörünməz əl yeni insident və cəmiyyətdə gərginlik yaratdı” – Miloş Vuçeviç bildirib.

Artıq iki aydır Serbiyada etiraz aksiyaları keçirilir. Aksiyalar Novi Sad şəhərinin dəmir yolu vağzalında baş vermiş faciədən, beton konstruksiyaların uçması nəticəsində 15 nəfərin həlak olmasından sonra başlayıb.

Oxşar