Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir – İyunun 14-15-də Gürcüstanın əksər rayonlarında yağış, külək gözlənilir, havanın temperaturu xeyli aşağı düşəcək

14:18, 12.06.2025

 

Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin proqnozuna əsasən, iyunun 14-15-də Gürcüstanın əksər rayonlarında yağış yağacağı, bəzi yerlərdə güclü olacağı və şimşək çaxacağı, şərqi Gürcüstanın ayrı-ayrı rayonlarında dolu düşəcəyi gözlənilir.

“Güclü qərb küləyi əsəcək. Havanın temperaturu xeyli aşağı düşəcək. Gözlənilən yağıntı ola bilsin Gürcüstanın çaylarında suyun səviyyəsinin xeyli artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq ərazilərdə isə sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (Orta təhlükə dərəcəsi)” – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilir.

Oxşar