Milli Turizm Agentliyi Ukraynalı jurnalist və bloqerlərinə ev sahibliyi edir
Milli Turizm Agentliyi Ukraynalı jurnalist və bloqerlərinə ev sahibliyi edir

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Milli Turizm Administrasiyası Ukraynanın yüksək reytinqli media vasitələrinin nümayəndələri üçün press-tur keçirdi.

İdarənin məlumatına görə, Milli Turizm Administrasiyasının rəhbəri müavini, Tamar Ğoriauli Ukrayna televiziyasının, müxtəlif onlayn nəşrlərin və sosial şəbəkələrin səkkiz jurnalisti və bloqqeri ilə görüşdü. Media nümayəndələri Tbilisi və Mtsxetada oldular. Səkkiz günlük tur zamanı Ukraynalı jurnalistlər Ananuri, Qudauri, Stepantsmindaya səfər edəcəklər. Onlar Kutaisi və Sğaltuboya gedəcək, Vani muzeyinə baş çəkəcəklər. Mestia və Uşqulini ziyarət edəcəklər. Media nümayəndələri Gürcüstanın dağ və sağlamlıq kurortları, mədəniyyəti, mətbəxi və şərabı haqqında Ukraynada milyonlarla tamaşaçı və oxucu tərəfindən izləniləcək video süjetlər, məqalələr, fotoreportajlar və bloqlar hazırlayacaqlar.

“Milli Turizm Administrasiyası Ukraynanın aparıcı onlayn, çap və televiziya mediasının nümayəndələrinə ev sahibliyi edir. Jurnalistlər və blogerlərin Gürcüstanın müxtəlif bölgələri, turistik yerləri ilə tanış olmaq imkanı var. Çox əhəmiyyətlidit ki, qış turizm mövsümünə fəal hazırlıq gedir və Ukrayna media nümayəndələrinin qış kurortlarını ziyarət etmək, Gürcüstanın turizm potensialı ilə tanış olmaq imkanı var”, – Milli Turizm Administrasiyasının rəhbəri müavini, Tamar Ğoriauli bəyan etdi.

Ukraynalı bloger, Yuliya Berkuta Gürcüstanın Ukraynalı turistlər üçün təhlükəsiz ölkə olduğunu deyir.

“Gürcüstanda cəmi bir gün yarım olsam da, məndə çox gözəl təəssürat yarandı. Biz Tbilisini gəzdik, müxtəlif kurortlara getməyi planlaşdırırıq, dağlara səyahət edəcəyik, ölkənizin vizit kartı olan gürcü yeməklərinin dadına baxacağıq, sizin həmçinin gözəl dağ kurortlarınız var və mən bütün bunları oxucularıma danışacaam. Gürcüstan Ukraynalı turistlər üçün təhlükəsiz ölkədir və mən sosial şəbəkədəki bütün abunəçilərimi Gürcüstana səyahət etməyə çağırıram”, – Ukraynalı bloger, Yuliya Berkuta bəyan edir.