Milli Turizm Administrasiyasının məlumatına görə, mart ayında xarici ziyarətçilərin sayı 236,9 faiz artıb

11:29, 12.04.2022

Milli Turizm Administrasiyasının məlumatına görə, mart ayında xarici ziyarətçilərin sayı 236,9 faiz artıb.

2022-ci ilin mart ayında Gürcüstana 188 354 beynəlxalq səfər edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 236,9 faiz çoxdur”, – deyə Milli Turizm Administrasiyasının hesabatında deyilir.

Hesabata görə, beynəlxalq ziyarətçilərin Gürcüstana 106 994-ü quru, 78 954-ü hava, 1 354-ü dəniz, 1 052-si dəmir yolu ilə daxil olub.

Konkret ölkələrin göstəriciləri belədir: Türkiyə – 42 421 ziyarətçi, Rusiya – 22 536 ziyarətçi, Ermənistan – 21 990 ziyarətçi, Gürcüstan (qeyri-rezident) – 17 145 ziyarətçi, Azərbaycan – 14 554 ziyarətçi, İsrail – 12 308 ziyarətçi, İran – 7 070 ziyarətçi , Ukrayna – 6 375 ziyarətçi, Qazaxıstan – 5 358 ziyarətçi, Belarus – 5 260 ziyarətçi, Səudiyyə Ərəbistanı – 3 360 ziyarətçi, Hindistan – 2 790 ziyarətçi, Özbəkistan – 2 001 ziyarətçi, Polşa – 1 770 ziyarətçi, Filippin – 1 735 ziyarətçi.

Oxşar