Milli Turizm Administrasiyasının məlumatına görə, fevralda xarici səfərlərin sayı 274.8 fazilə artdı
Milli Turizm Administrasiyasının məlumatına görə, fevralda xarici səfərlərin sayı 274.8 fazilə artdı

2022-ci ilin fevral ayında Gürcüstana 151 870 beynəlxalq səfər edildi ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 274.8 faiz artıqdır, – bu barədə Milli Turizm Administrasiyasının məlumatında deyilir.

Hesabata əsasən, quru yolla Gürcüstana 78 571 beynəlxalq ziyarətçi, 72 326 hava, 414 dəniz və 559 dəmir yolu ilə səfər edildi.

Konkret ölklərin göstəriciləri isə, bu cürdür: Türkiyə – 29 606 ziyarətçi, Rusiya – 20 876 ziyarətçi, Ermənistan – 17 366 ziyarətçi, Gürcüstan (qeyri-rezident) – 15 856 ziyarətçi, İsrail – 8 779 ziyarətçi, Ukrayna – 8 601 ziyarətçi, Azərbaycan – 7 562 ziyarətçi, Qazaxıstan – 4 121 ziyarətçi , Belarus – 3 446 ziyarətçi, İran – 3 272 ziyarətçi, Səudiyyə Ərəbistanı – 2 728 ziyarətçi, Özbəkistan – 2 723 ziyarətçi, Polşa – 2 080 ziyarətçi, Hindistan – 2 017 ziyarətçi, Filippin – 1 716 ziyarətçi.