Milli Turizm Administrasiyası yeni genişmiqyaslı marketinq kampaniyasına başlayır
Milli Turizm Administrasiyası Avropa İttifaqı və Böyük Britaniyada böyük aviaşirkətlər, media platformaları və influenserlərlə əməkdaşlığı nəzərdə tutan çoxşaxəli marketinq kampaniyasına başlayır. Milli Turizm Administrasiyası, marketinq kampaniyasının Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, İsveçrə, Polşa, Norveç və İsveçin turizm bazarlarını əhatə etdiyi haqda məlumat verir.
Milli Turizm Administrasiyasının məlumatına əsasən, bütün il boyu, may ayından dekabr ayı da daxil olmaqla, genişmiqyaslı kampaniya çərçivəsində Avropanın böyük şəhərlərində Gürcüstan üçün nümayəndəlik iş məkanları təşkil olunacaq, bu isə turizm bazarına birbaşa çıxışa, B2B görüşlərinin təşkilinə və gürcü özəl sektoru üçün tərəfdaşların tapılmasına, eləcə də işgüzar əməkdaşlığın qurulmasına kömək edəcək.
“Yeni kampaniya rəqəmsal platformalarda Gürcüstan haqqında məlumatlılığı artırmağı və ölkəni populyarlaşdırmağı nəzərdə tutur. Kampaniya sosial şəbəkələri, radio, televiziyaları, podkastları, çöl reklamlarını, dırnaqarası yol şoularını və Avropanın 32 şəhərini əhatə edən səkkiz böyük tədbirdə iştirakı nəzərdə tutur.
Kampaniya çərçivəsində hər ölkənin dörd şəhərində Gürcüstanla bağlı tanıtım turları və təqdimatlar keçiriləcək. Hər bir hədəf bazarda Gürcüstanla bağlı müsahibələr, televiziya süjeti, radio verilişləri, çöl reklamları, çap mediasında, rəqəmsal mediada paylaşımlar və videoçarxlar hazırlanacaq.
Dırnaqarası yol şouları aşağıdakı şəhərlərdə keçiriləcək: Berlin, Frankfurt, Hamburq, Münhen, Paris, Lill, Lion, Oslo, Varşava, Vroslav, Krakov, Poznan. Kampaniya tanışlıq və influenserlərin Gürcüstana turlarını əhatə edir.
Kampaniya çərçivəsində hər ay hər bir bazarda 20-dən çox potensial tərəfdaşla ünsiyyət qurulacaq, vorskşoplar və vebinarlar, aviaşirkətlərlə və dünyanın aparıcı tur operatorları ilə görüşlər keçiriləcək.
Gürcüstanın populyarlaşdırılması məqsədilə həm fərdi turistlərlə, həm də böyük beynəlxalq tur operatorları ilə əlaqələr qurulacaq.
Genişmiqyaslı marketinq kampaniyası çərçivəsində Avropa ölkələrindən Gürcüstana turist axınlarının və məlumatlılığın artırılması məqsədilə videoçarxlar, televiziya süjetləri, məqalələr və müsahibələr hazırlanacaq.
Yeni kampaniya çərçivəsində Milli Turizm Administrasiyası “British Airways” ilə əməkdaşlıqla London Hava Limanında ekranlarda Gürcüstan haqqında videoçarxlar və foto kollajlar nümayiş etdirir. Aviaşirkətin sərnişinləri təyyarədə Gürcüstanın turizm potensialı haqqında 30 saniyəlik videoçarxlara baxa bilərlər.
Bu kampaniyalara paralel olaraq “National Geographic” Britaniya bazarı üçün Gürcüstan haqqında məqalələr hazırlayır. Dünya şöhrətli britaniyalı aşpaz Ceymi Oliver isə gürcü qastronomik turizm potensialı haqqında növbəti videoçarxlar hazırlayacaq” – Milli Turizm Administrasiyasının məlumatında qeyd olunub.