Milli Turizm Administrasiyası – Tbilisi “Google”ın ən məşhur istiqamətləri arasında yer alıb
Milli Turizm Administrasiyasının məlumatına əsasən, “Google” axtarış sistemində beynəlxalq səyahətçilərin sorğuları və axtarış nəticələrinə əsasən, Gürcüstanın paytaxtı 2026-cı ildə dünyanın ən məşhur turizm istiqamətlərinin başındadır.
“Google”da “2026 most trendy destination” ifadəsini axtararkən ən trend istiqamətlərin siyahısında Tbilisi (Gürcüstan) tarixi irsi, canlı incəsənəti və kulinariya mədəniyyəti ilə seçilən istiqamət kimi qeyd edilib.
Digər məşhur istiqamətlərə gəlincə, “Google” axtarış sistemində Madeyra (Portuqaliya), Çikaqo (ABŞ), Kuynyon (Vyetnam) və Puerto Eskondido (Meksika) fərqlənib” – məlumatda qeyd olunub.