Milli Turizm Administrasiyası - Gürcüstanda üç rübdə turistik səfərlərin rekord göstəricisi qeydə alınıb
Gürcüstanda 2025-ci ilin yanvar-sentyabr aylarının göstəricisinə əsasən, turistik səfərlərin rekord göstəricisi qeydə alınıb və tarixi maksimuma 4.3 milyon səfərə çatıb. Bu barədə Milli Turizm Administrasiyası məlumat yayır.
Administrasiyanın məlumatına əsasən, beynəlxalq səyahətçilərin səfərlərinin miqdarı isə 6.1 milyon təşkil edib.
“6 109 755 beynəlxalq səyahətçi – 2024-cü illə müqayisədə +5.4% artım; 4 307 094 beynəlxalq turist – 2024-cü illə müqayisədə +7.9% artım.
2025-ci ilin üçüncü rübündə qeydə alınan göstəricilərə gəlincə, iyul-sentyabr dövründə beynəlxalq turist səfərlərinin də rekord göstəricisi qeydə alınıb və tarixi maksimum iki milyon səfər təşkil edib. 2 956 014 beynəlxalq səyahətçi – 2024-cü illə müqayisədə +6.6% artım; 2 036 731 beynəlxalq turist – 2024-cü illə müqayisədə +9% artım” – Milli Turizm Administrasiyasının məlumatında qeyd olunub.