Milli Turizm Administrasiyası "Expedia" turizm rezervasiya platforması və "Beautiful Destination" səyahət media qrupu ilə birlikdə yeni marketinq kampaniyasına başlayıb
Gürcüstanın Milli Turizm Administrasiyası “Expedia” turizm rezervasiya platforması və “Beautiful Destination” səyahət media qrupu ilə birlikdə yeni marketinq kampaniyasına başlayıb.
Milli Turizm Administrasiyasının məlumatına əsasən, kampaniyanın məqsədi Gürcüstanın turizm imicinin ABŞ, Böyük Britaniya və Almaniya bazarlarında mövqeləndirilməsidir.
Onların məlumatına əsasən, “Expedia” rezervasiya platformasında Gürcüstanın turizm istiqamətləri, təbiəti, kurortları, şərabı və qastronomiyası haqqında ətraflı məlumat yerləşdirilib. Platforma vasitəsilə Gürcüstana səyahəti planlaşdırmaq və yerləşdirmə vasitələrinin rezervasiyası mümkündür.
“Gürcüstanın unikal təbiəti, dadlı mətbəxi və zəngin mədəniyyəti ilə tanış olun. Gürcüstan haqqında çox az adam bilir, lakin siz onu artıq kəşf etmisiniz” – “Expedia” yazır.
Milli Turizm Administrasiyasının məlumatına əsasən, bələdçi kitabçasında YUNESKO-nun mədəni irs abidələri, həmçinin planlaşdırılan festivallar, şərabçılıq və kulinariya haqqında məlumat yer alıb.
“Expedia”nın saytında Gürcüstan haqqında bannerlər yerləşdirilib, onların vasitəsilə də istifadəçi xüsusi olaraq Gürcüstan üçün yaradılmış səhifələrə keçid edə və rezervasiya edə bilər.
“Beautiful Destination”in sosial kanallarının ümumi auditoriyası 50 milyonu ötür. “Expedia”nın istifadəçilərinin sayı isə 46 milyondan çoxdur” – məlumatda qeyd olunub.