Milli Turizm Administrasiyası - 2021-ci ildə Gürcüstan beynəlxalq səyahətçilərdən 1,2 milyard dollar aldı
Milli Turizm Administrasiyası - 2021-ci ildə Gürcüstan beynəlxalq səyahətçilərdən 1,2 milyard dollar aldı

2021-ci Gürcüstanda beynəlxalq turizmin bərpası həm gəlir, həm də səyahət baxımından sürətli templə fərqlənirdi, – bu barədə Milli Turizm Administrasiyasının yaydığı bəyanatda deyilir.

Elə onların məlumatına görə, Gürcüstan 2021-ci ildə beynəlxalq səyahətçilərdən 1 244 941 717 milyard dollar əldə etdi.

“2019-cu illə müqayisədə beynəlxalq turizmdən əldə olunan gəlirlərin bərpası dinamikası hər ay sürətlə gedir – 2021-ci ildə gəlirin 38 faizi bərpa olundu. Dekabr ayına gəldikdə, bərpa göstəricisi 58 faizi təşkil etdi. 2020-ci il ilə müqayisədə isə, gəlirlərin artımı 130 faizdən artıqdır.

2021-ci ildə Gürcüstanda beynəlxalq səyahət edənlərin sayı 1 881 271 nəfəri təşkil etdi. Bərpa əmsalı isə, 2019-ci il ilə müqayisədə, 20 faizdir. 2020-ci il ilə müqayisədə isə, beynəlxalq səyahət edənlərin sayı 7,7 faiz artdı.

2021-ci ilin 12 ayında Gürcüstana 1 577 463 beynəlxalq turist səfəri baş tutub. 2019-cu ilin göstəriciləri ilə müqayisədə turist səfərlərinin 31 faizi bərpa olunub. 2020-ci illə müqayisədə artım 45,1 faizdir.

2021-ci ildə beynəlxalq ziyarətçilərin səfərinin əksəriyyəti hava sərhədi ilə baş tutdu. O cümlədən, səfərlərin 51 faizi Gürcüstanın beynəlxalq hava limanları vasitəsilə həyata keçirilib. 2019-cu illə müqayisədə isə, bərpa 48 faiz təşkil etdi, – Milli Turizm Administrasiyasının məlumatında deyilir.