Milli Statistika Xidmətinin məlumatında, Gürcüstanın ümumi istifadədə olan avtomobil yollarının uzunluğunun 188 kilometr artdığı deyilir

12:04, 17.11.2026

 

Milli Statistika Xidmətinin məlumatında, Gürcüstanın ümumi istifadədə olan avtomobil yollarının uzunluğunun artdığı və 2025-ci il üçün 41 331.3 kilometr təşkil etdiyi deyilir.

Milli Statistika Xidmətinin məlumatına əsasən, beynəlxalq əhəmiyyətli yolların uzunluğu 1 597.4 kilometr təşkil edir, respublika əhəmiyyətli yolların uzunluğu 5 596.0 kilometr, yerli əhəmiyyətli yolların uzunluğu isə 34 137.9 kilometrdir.

Regionlar üzrə ümumi istifadədə olan avtomobil yollarının uzunluğuna gəlincə, birinci yerdə 7 326.5 kilometrlə İmereti qərarlaşıb, ondan sonra 6 941.9 kilometrlə Sameqrelo–Zemo Svaneti gəlir. Digər regionlar isə belə bölünür: Acara – 5 128.3 kilometr; Kaxeti – 4 599.0 kilometr; Quria – 3 925.1 kilometr; Kvemo Kartli – 3 524.6 kilometr; Samtsxe-Cavaxeti – 2 813.0 kilometr; Msxeta-Mtianeti – 2 174.6 kilometr; Raca-Leçxumi və Kvemo Svaneti – 2 157.8 kilometr; Şida Kartli – 2 087.7 kilometr; Abxaziya – 579.5 kilometr; Tbilisi – 73.3 kilometr.

Oxşar