Milli Statistika Xidməti - Yanvar-fevralda Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb
Milli Statistika Xidməti - Yanvar-fevralda Gürcüstanın xarici ticarət dövriyyəsi 15,4 faiz artıb

 
Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi bəyan edilməmiş ticarət istisna olmaqla, 3 564.0 mln. ABŞ dolları təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,4 faiz çoxdur.

Milli Statistika Xidməti məlumatına əsasən, bu göstəricidən ixrac 835.4 mln. ABŞ dolları olub, yəni 4.0% artıb, idxal isə 2 728.6 mln. ABŞ dolları olub və artım 19.5% təşkil edib.

2025-ci ilin yanvar-fevral aylarında mənfi ticarət saldosu 1 893.3 mln. ABŞ dolları təşkil edib, bu da xarici ticarət dövriyyəsinin 53,1 faizini təşkil edir.