Milli Statistika Xidməti - Sentyabrda 2689 şəxs barəsində cinayət təqibi başlanıb
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2025-ci ilin sentyabrında 2689 şəxs barəsində cinayət təqibi başlanıb. Onlardan 157 nəfər tərəfindən sınaq müddəti bitməmiş cinayət törədilib, bu da barəsində təqib başlanan şəxslərin 5,8%-ni təşkil edir.
Milli Statistika Xidmətinin məlumatına əsasən, cari ilin sentyabrında cinayət təqibi başladılmasının ən yüksək göstəricisi – 884 hal Tbilisidə, 355 hal Acarada, işğal altındakı Abxaziya bölgəsində isə 20 hal qeydə alınıb.
2025-ci ilin sentyabrında Cinayət Məcəlləsinin konkret maddələrinə əsasən cinayət təqibinin başlanma göstəricisi belədir:
Oğurluq – 324 hal; təhdid – 247 hal; ailədaxili zorakılıq – 196 hal; zorakılıq – 190 hal; təcavüz – 8 hal; əxlaqsız hərəkət – 8 hal; dələduzluq – 64 hal; narkotik vasitənin, onun analoqunun, prekursorunun və ya yeni psixotrop maddənin qanunsuz alınması və ya saxlanması – 716 hal; narkotik vasitə tərkibli bitkinin qanunsuz əkilməsi, becərilməsi və ya yetişdirilməsi – 178 hal; saxta sənədlərin hazırlanması – 160 hal.