Milli Statistika Xidməti – Sentabrda Gürcüstan iqtisadiyyatı 6.0 faiz böyüyüb

11:24, 30.10.2026

 

Milli Statistika Xidmətinin ilkin qiymətləndirməsinə əsasən, 2026-cı ilin sentyabrında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 6.0 faiz təşkil edib, ilk doqquz ayın orta göstəricisi isə 7.4 faiz olaraq müəyyən edilib.

Milli Statistika Xidmətinin məlumatında, 2026-cı ilin sentyabrında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti, informasiya və rabitə, dağ-mədən sənayesi, ticarət, maliyyə və sığorta fəaliyyətləri kimi sahələrin artım istiqamətində mühüm töhfə verdikləri qeyd olunub.

Bununla yanaşı, emal sənayesi, inzibati və yardımçı xidmət fəaliyyətləri sektorlarında azalma tendensiyası müşahidə olunub.

Oxşar