Milli Statistika Xidməti - Noyabrda 2 648 şəxs barəsində cinayət təqibi başlanıb
2025-ci ilin noyabrında 2 648 şəxs barəsində cinayət təqibi başlanıb, onlardan 145 nəfər tərəfindən sınaq müddəti bitməmiş cinayət törədilib, bu da barəsində təqib başlanan şəxslərin 5.5%-ni təşkil edir.
Məlumatı Milli Statistika Xidməti yayır.
Milli Statistika Xidmətinin məlumatına əsasən, cari ilin noyabrında cinayət təqibi başladılmasının ən yüksək göstəricisi – 842 hal Tbilisidə qeydə alınıb, Acarada 320, işğal olunmuş Abxaziya bölgəsində 32 hal olub.
2025-ci ilin noyabrında Cinayət Məcəlləsinin konkret maddələrinə əsasən cinayət təqibinin başlanma göstəricisi belədir: oğurluq – 314 hal; təhdid – 207; ailədaxili zorakılıq – 168; zorakılıq – 158; təcavüz – altı hal; pozğun əməl – beş; fırıldaqçılıq – 89; narkotik vasitənin, onun analoqunun, prekursorunun və ya yeni psixotrop maddənin qanunsuz alınması və ya saxlanması – 786 hal; narkotik maddə tərkibli bitkinin qanunsuz əkilməsi, yetişdirilməsi və ya kultivasiyası – 28 hal; saxta sənədlərin hazırlanması isə 164 hal.