Milli Statistika Xidməti - Kənd təsərrüfatı məhsulunun vahid dəyər indeksi artıb
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2025-ci ilin dördüncü rübündə kənd təsərrüfatı məhsulunun vahid dəyər indeksi əvvəlki rüblə müqayisədə 14.0 faizlə artıb.
Milli Statistika Xidmətinin məlumatına əsasən, qeyd olunan dəyişiklik əsasən diri heyvanlar və heyvan mənşəli məhsulların dəyərinin 22.6%-lik artması ilə əlaqədardır, bu isə ümumi indeksin dəyişməsinə 12.82 faiz bəndi töhfə verib.
“Əvvəlki ilin müvafiq rübü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun vahid dəyər indeksi 21.6 faiz artıb. İndeks artımı əsasən diri heyvanlar və heyvan mənşəli məhsulların dəyərinin 28.6%-lik artması ilə əlaqədardır, bu isə ümumi indeksin dəyişməsinə 16.5 faiz bəndi töhfə verib. Eyni dövrdə birillik bitkilərin dəyəri – 16.4 faiz, çoxillik bitkilərin dəyəri isə 8.3 faiz artıb, bu isə müvafiq olaraq, ümumi indeksin dəyişməsinə 3.23 və 1.87 faiz bəndi töhfə verib” – MSX-nın hesabatında yazılıb.