Milli Statistika Xidməti – İlkin məlumatlara əsasən, yanvar-sentyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 9.2 faiz artıb

12:17, 13.10.2026

 

Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 20 534.7 milyon ABŞ dolları təşkil edib, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 9.2 faiz çoxdur.

Milli Statistika Xidmətinin məlumatına əsasən, bu göstəricidən ixrac 6 153.0 milyon ABŞ dolları olub, yəni 19.6 faiz artıb, idxal isə 14 381.7 milyon ABŞ dolları – artım 5.3 faiz təşkil edib.

2026-cı ilin yanvar-sentyabr aylarında mənfi ticarət balansı 8 228.8 milyon ABŞ dolları təşkil edib, bu da xarici ticarət dövriyyəsinin 40.1 faizidir.

Oxşar