Milli Statistika Xidməti - İlkin məlumatlara əsasən, 2025-ci ildə Gürcüstanda xarici ticarət dövriyyəsi 10.1 faizlə artıb
Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, 2025-ci ildə Gürcüstanda xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 25 816.4 milyon ABŞ dolları təşkil edib, bu isə əvvəlki ilin göstəricisindən 10.1 faizlə çoxdur.
Milli Statistika Xidmətinin məlumatına əsasən, bu göstəricidən ixrac 7 291.2 milyon ABŞ dolları olub, yəni 11.2 faizlə artıb, idxal isə 18 525.2 milyon ABŞ dolları – artım 9.7 faiz təşkil edib.
2025-ci ildə mənfi ticarət saldosu 11 234.0 milyon ABŞ dolları təşkil edib, bu da xarici ticarət dövriyyəsinin 43.5 faizidir.