Milli Statistika Xidməti - Gürcüstanda xarici ticarət dövriyyəsi yanvar-sentyabrda 3,7 faiz artıb
Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, 2024-cü ilin yanvar-sentyabrında Gürcüstanda xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 16 779,0 mln. ABŞ dolları təşkil edib, bu da əvvəlki ilin müvafiq göstəricisindən 3,7 faiz çoxdur.
Bu göstəricidən, Milli Statistika Xidmətinin məlumatına əsasən, ixrac 4 786,7 mln. ABŞ dolları olub, yəni 4,1 faiz artıb, idxal isə 11 992,3 mln. ABŞ dolları olub – artım 3,6 faiz təşkil edib.
2024-cü ilin yanvar-sentyabrında mənfi ticarət saldosu 7 205,6 mln. ABŞ dolları təşkil edib, bu da xarici ticarət dövriyyəsinin 42,9 faizidir.