Milli Statistika Xidməti - Gürcüstanda altı ayda iqtisadiyyat 8.3 faiz artıb
Milli Statistika Xidməti - Gürcüstanda altı ayda iqtisadiyyat 8.3 faiz artıb

 

Milli Statistika Xidmətinin ilkin qiymətləndirməsinə əsasən, 2025-ci ilin iyununda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun real artımı 6.3 faiz təşkil edib, 2025-ci ilin ilk 6 ayının orta göstəricisi isə 8.3 faiz müəyyən edilib.

Milli Statistika Xidmətinin məlumatına əsasən, 2025-ci ilin iyununda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artım istiqamətində aşağıdakı sektorlar mühüm töhfə verib: informasiya və rabitə, emal sənayesi, maliyyə və sığorta fəaliyyətləri, nəqliyyat və anbar təsərrüfatı, ticarət.

Tikinti və energetika sektorlarında azalma tendensiyası qeydə alınıb.