Milli Statistika Xidməti - Birinci rübdə birbaşa xarici investisiyaların həcmi 7.7 faiz azalıb
Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, Gürcüstana yatırılan birbaşa xarici investisiyaların həcmi 2025-ci ilin birinci rübündə 179.4 milyon ABŞ dolları təşkil edib, bu da 2024-cü ilin birinci rübünün ilkin göstəricilərindən 7.7 faiz azdır.
Milli Statistika Xidmətinin məlumatına əsasən, azalma səhm kapitalı və borc öhdəliklərinin göstəricisinin azalması ilə bağlıdır.
Qurumun hesabatına əsasən, 2025-ci ilin birinci rübündə səhm kapitalı 62.1 milyon ABŞ dolları təşkil edib, bu da ümumi birbaşa xarici investisiyaların həcminin 34.6 faizidir. Reinvestisiya 150.0 milyon ABŞ dolları təşkil edib və onun payı 83.6 faiz müəyyən edilib.