Milli Statistika Xidməti – 2026-cı ilin ikinci rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı 8.0 faiz artıb
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2026-cı ilin ikinci rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrü ilə müqayisədə 8.0 faiz, yəni 177.3 lari artıb və 2 389.3 lari təşkil edib.
Fəaliyyət növlərinə əsasən nisbətən yüksək əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb: informasiya və rabitə – 4 400.4 lari (ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.4 faiz artıb); maliyyə və sığorta fəaliyyətləri – 4 074.1 lari (9.2 faiz artıb); tikinti – 3 496.6 lari (0.8 faiz artıb); peşə, elmi və texniki fəaliyyətlər – 3 304.8 lari (10.3 faiz artıb).
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2026-cı ilin ikinci rübündə qadınların orta əməkhaqqı 1 927.0 lari, kişilərin əməkhaqqı isə 2 856.4 lari olub. Əməkhaqqının illik artımı qadınlarda 157.5 lari, yəni 8.9%, kişilərdə isə 200.5 lari, yəni 7.6% təşkil edib. Fəaliyyət növlərinə əsasən kişilərin əməkhaqqı bütün sektorlarda qadınların əməkhaqqını üstələyib.
Bununla yanaşı, qurumun hesabatına əsasən, 2026-cı ilin ikinci rübündə sahibkarlıq (biznes) sektorunda muzdla çalışanların orta aylıq əməkhaqqı 153.8 lari (6.6%) artıb və 2 471.5 lari təşkil edib. Fəaliyyət növlərinə əsasən ən yüksək əməkhaqqı informasiya və rabitə sektorunda – 4 463.9 lari və peşə, elmi və texniki fəaliyyətlərdə – 3 693.0 lari qeydə alınıb.
Hesabat dövründə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 215.0 lari, yəni 10.6% artıb və 2 239.0 lari təşkil edib. Fəaliyyət növlərinə əsasən nisbətən yüksək əməkhaqqı maliyyə və sığorta fəaliyyətlərində çalışanların payına düşür. Orta əməkhaqqının həcminə görə regionlar arasında Tbilisi və Mtsxeta-Mtianeti liderlik edir.