Milli Statistika Xidməti - 2025-ci ilin yanvar-sentyabrında Gürcüstanda tikinti üçün verilən icazələrin, eləcə də istismara qəbul olunmuş obyektlərin miqdarı azalıb
Milli Statistika Xidməti - 2025-ci ilin yanvar-sentyabrında Gürcüstanda tikinti üçün verilən icazələrin, eləcə də istismara qəbul olunmuş obyektlərin miqdarı azalıb

 

Milli Statistika Xidmətinin rəsmi açıqlanmış məlumatlarına əsasən, 2025-ci ilin yanvar-sentyabrında Gürcüstanda 8 597 tikinti icazəsi verilib, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.8 faiz azdır.

Söhbət 8483.4 min kv.m sahəsi olan bina-tikililərin tikilməsindən gedir.

Milli Statistika Xidmətinin məlumatına əsasən, icazələrin 70 faizindən çoxu ölkənin dörd bölgəsinin payına düşür, konkret olaraq, həyata keçiriləcək tikinti işlərinin 45.3 faizi Tbilisinin, 10.8 faizi Kvemo Kartli bölgəsinin, 9.8 faizi Kaxeti bölgəsinin və 6.7 faizi Acara Muxtar Respublikasının payına düşür.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin yanvar-sentyabrında çoxfunksiyalı yaşayış komplekslərinin, ticarət mərkəzlərinin, otellərin, sənaye müəssisələrinin, kənd təsərrüfatı təyinatlı obyektlərin və digər bina-tikililərin tikintisi üçün icazələr verilib.

Qurumun hesabatına əsasən, 2025-ci ilin yanvar-sentyabrında 2475.2 min kvadrat metr sahəsi olan 2452 obyekt istismara qəbul olunub, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.6 faiz azdır.

İstismara qəbul olunmuş obyektlərin üçdə ikisindən çoxu ölkənin dörd bölgəsinin, konkret olaraq 34.8 faizi Tbilisi şəhərinin, 12.7 faizi Mtsxeta-Mtianeti bölgəsinin, 11.6 faizi Kaxeti bölgəsinin və 9.1 faizi Kvemo Kartli bölgəsinin payına düşür.