Milli Statistika Xidməti - 2025-ci ilin ikinci rübündə süd və ət istehsalı azalıb, yumurta istehsalı isə artıb
Milli Statistika Xidməti - 2025-ci ilin ikinci rübündə süd və ət istehsalı azalıb, yumurta istehsalı isə artıb

 

Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin ikinci rübünün sonu üçün iribuynuzlu mal-qaranın sayı əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 2.0 faiz azalıb və 870.5 min baş təşkil edib. Onlardan inək və dişi camışın ümumi sayı 398.8 min baş müəyyən edilib, bu da ötən ilin müvafiq göstəricisindən 4.8 faiz geri qalır.

Donuzların sayı 175.6 min baş müəyyən edilib, bu da əvvəlki ilin müvafiq göstəricisindən 12.5 faiz azdır. Quşların sayı isə əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 6.6 faiz artıb və 11.1 milyon təşkil edib.

Bununla yanaşı, Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin ikinci rübündə süd istehsalı 184.0 milyon litr təşkil edib, bu da əvvəlki ilin analoji göstəricisindən 1.1 faiz azdır.

Ət istehsalı 18.2 min ton təşkil edib, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 9.5 faiz azdır.

Hesabat dövrü ərzində 179.7 milyon ədəd yumurta istehsal edilib, bu da əvvəlki ilin analoji göstəricisindən 6.6 faiz çoxdur.