Milli Statistika Xidməti - 2025-ci ilin fevralında 1 830 nəfərə qarşı cinayət təqibi başladılıb
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2025-ci ilin fevralında 1 830 nəfərə qarşı cinayət təqibi başladılıb.
Bundan 145 nəfər tərəfindən sınaq müddətinin bitməsindən əvvəl cinayət törədilib, bu isə haqqında təqib başladılan şəxslərin 7.9 faizini təşkil edir.
Milli Statistika Xidmətinin məlumatına əsasən, cari ilin fevral ayında təqib başladılmasının ən yüksək göstəricisi – 720 hal Tbilisidə qeydə alınıb, Acarada – 216, işğal altındakı Abxaziyanın bölgələrində isə – 10 hal.
2025-ci ilin fevralında təqib başladılmasının göstəriciləri Cinayət Məcəlləsinin konkret maddələri üzrə belə bölünüb: oğurluq – 324 hal;
təhdid – 188 hal; ailə zorakılığı – 156 hal; zorakılıq – 114 hal; təcavüz– 6 hal; əxlaqsız hərəkət – 4 hal; fırıldaqçılıq – 54 hal. Narkotik vasitənin, onun analoqunun və ya prekursorunun qanunsuz hazırlanması, istehsalı, alışı, saxlanması, daşınması, göndərilməsi və ya işə keçirilməsi – 427 hal; narkotik vasitə tərkibli bitkinin qanunsuz əkilməsi, becərilməsi və ya yetişdirilməsi – 6 hal; saxta sənədlərin hazırlanması – 77 hal.
Bununla yanaşı, Milli Statistika Xidmətinin məlumatına əsasən, cari ilin fevral ayında ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi ilə – 3 hal, adam öldürməyə cəhd maddəsi ilə isə 5 hal aşkar edilib.