Milli Statistika Xidməti - 2025-ci ilin birinci rübündə Gürcüstanda süd və ət istehsalı azalıb, yumurta istehsalı isə artıb
Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin birinci rübünün sonu üçün iri buynuzlu heyvanların sayı, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 4.9 faiz azalıb və 861.1 min baş təşkil edib.
Bunlardan, dişi mal və camışın ümumi sayı 396.3 min baş müəyyən edilib, bu isə əvvəlki ilin müvafiq göstəricisindən 4.3 faiz geri qalır.
Donuzun sayı 152.0 min baş müəyyən edilib, bu da əvvəlki ilin müvafiq göstəricisindən 2.2 faiz azdır.
Quşların sayı əvvəlki ilin analoji göstəricisi ilə müqayisədə 11.3 faiz artıb və 8.5 milyon quş təşkil edib.
Bununla yanaşı, Milli Statistika Xidmətinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin birinci rübündə süd istehsalı 108.5 milyon litr təşkil edib, bu isə əvvəlki ilin analoji göstəricisindən 3.4 faiz azdır.
Ət istehsalı 17.5 min ton təşkil edib, bu isə 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 6.4 faiz azdır.
Hesabat dövründə 172.0 milyon ədəd yumurta istehsal edilib, bu isə əvvəlki ilin analoji göstəricisindən 2.2 faiz çoxdur.