Milli Statistika Xidməti - 2024-cü ilin noyabrında Gürcüstanda tikinti ucuzlaşdı
Milli Statistika Xidməti - 2024-cü ilin noyabrında Gürcüstanda tikinti ucuzlaşdı

 
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ilin noyabrında tikintinin dəyər indeksi əvvəlki ayla müqayisədə 0,4 faiz azalıb.

MSX-dan verilmiş məlumatda, sözügedən dəyişikliyin əsasən tikinti sahəsində çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqının 2,7 faiz azalması ilə əlaqədar olduğu, bunun da ümumi indeks dəyişikliyinə -0,53 faiz bəndi töhfə verdiyi deyilir.

“Ötən ilin müvafiq ayı ilə müqayisədə tikintinin dəyər indeksi 5,5 faiz artıb. İndeksin artımına əsasən tikinti sahəsində çalışan muzdlu işçilərin orta aylıq nominal əmək haqqının 24,8 faiz artımı və tikinti materiallarının qiymətinin 3,0 faiz bahalaşması səbəb olub, bu da ümumi indeks dəyişikliyinə müvafiq olaraq 3,82 və 1,81 faiz bəndi təsir edib. Bununla yanaşı, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikintinin dəyər indeksi 19,6 faiz artıb” – Milli Statistika Xidməti tərəfindən dərc edilmiş məlumatda qeyd olunub.