Milli Statistika Xidməti - 2024-cü ilin dördüncü rübündə Gürcüstanda orta aylıq əmək haqqı 8.5 faiz artıb
Milli Statistika Xidməti - 2024-cü ilin dördüncü rübündə Gürcüstanda orta aylıq əmək haqqı 8.5 faiz artıb

 
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ilin dördüncü rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.5 faiz və ya 173.0 lari artıb və 2217.5 lari təşkil edib.

Fəaliyyət növləri üzrə informasiya və rabitə kimi sahələrdə nisbətən yüksək əmək haqqı qeydə alınıb – 4 008.3 lari. Maliyyə və sığorta fəaliyyətləri – 3 373.5 lari. Tikinti – 3 361.8 lari. Peşə, elmi və texniki fəaliyyətlər – 3 259.1 lari.

Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ilin dördüncü rübündə qadınların orta əmək haqqı 1778.5 lari, kişilərin isə 2653.8 lari müəyyən edilib. Əmək haqqının illik artımı qadınlarda 171.2 lari, kişilərdə isə 189.9 lari təşkil edib. Fəaliyyət növləri üzrə kişilərin əmək haqqı bütün sahələrdə qadınların əmək haqqını üstələyib.

Bununla yanaşı, qurumun hesabatına əsasən, 2024-cü ilin dördüncü rübündə muzdlu işçilərin orta aylıq əmək haqqı biznes sektorunda 170.8 lari və ya 7.8% artıb və 2 367.0 lari təşkil edib. Fəaliyyət növləri üzrə ən yüksək əmək haqqı informasiya və rabitə – 4 078.2 lari və peşə, elmi və texniki fəaliyyətlər – 3 663,5 lari sahələrində qeydə alınıb.

2024-cü ilin dördüncü rübündə qeyri-sahibkar və maliyyə sahələrində orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 189.7 lari və ya 10.7% artıb və 1955.4 lari təşkil edib. Fəaliyyət növləri üzrə maliyyə və sığorta fəaliyyətlərində çalışanların orta əmək haqqı nisbətən yüksəkdir.

Orta əmək haqqının böyüklüyünə görə regionlar arasında Tbilisi və Mtsxeta-Mtianeti liderdir.