Milli Statistika Xidməti - 2024-cü ilin dördüncü rübündə Gürcüstana birbaşa xarici investisiyaların həcmi 24.4 faiz artıb
Milli Statistika Xidmətinin ilkin göstəricilərinə əsasən, 2024-cü ilin dördüncü rübündə Gürcüstana birbaşa xarici investisiyaların həcmi 367.5 mln. ABŞ dolları təşkil edib, bu da 2023-cü ilin dördüncü rübünün dəqiqləşdirilmiş göstəricilərini 24.4 faiz üstələyir.
Milli Statistika Xidmətinin məlumatına əsasən, 2024-cü ilin dördüncü rübündə Gürcüstana birbaşa xarici investisiyalara görə, ən böyük investor ölkələr siyahısında Birləşmiş Krallıq 222.6 mln. ABŞ dolları ilə birinci yerdədir, bu da ümumi birbaşa xarici investisiyaların 60.6 faizini təşkil edir, 67.9 mln. ABŞ dolları ilə Malta ikinci yerdədir, 36.3 mln. ABŞ dolları ilə Niderland isə üçüncü yerdədir.
Ən çox birbaşa xarici investisiyalar maliyyə və sığorta fəaliyyəti sektoruna qoyulub və 314.9 mln. ABŞ dollarına (85,7 faiz) çatıb. İkinci yerdə 65.8 mln. ABŞ dolları ilə (17,9 faiz) daşınmaz əmlak sektoru, üçüncü yerdə isə 23.1 mln. ABŞ dolları ilə (6,3 faiz) emal sənayesi sektoru qərarlaşıb.